Nərimanov rayonu Atatürk prospektində yerləşən mağazada satıcı işləyən şəxsin
gödəkcəsindən 200 dollar və bank kartlarının oğurlanması barədə polisə məlumat
daxil olub.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2 yeniyetmə
müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.