697da22a-67ab-43b1-8e29-52644825efa1..jpg

Bakıda yerli istehsalçıların sərgisi keçiriləcək

Baxış sayı: 473 dəfə baxılıb.

Bakıda yerli istehsalçıların sərgisi keçiriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7-9 dekabr tarixlərində Bakı İdman Sarayında 1-ci Yerli İstehsalat və İstehsal
Texnologiyaları Sərgisi keçiriləcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə
təşkilatçılığı ilə ilk dəfə təşkil olunacaq sərgidə ölkəmizdə fəaliyyət
göstərən müəssisələr tərəfindən istehsal edilən qida, qeyri-qida, mebel, inşaat
materialları, proqram təminatı, tekstil məhsulları, eləcə də müasir istehsal
avadanlıqları və texnologiyaları nümayiş olunacaq.

Sərgidə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 100-ə yaxın şirkətin
istehsal etdiyi məhsullar nümayiş olunacaq. Sərgidə stend icarəyə götürmək,
tanıtım imkanlarından faydalanmaq istəyən istehsalçı şirkətlər *0555 nömrəsinə
müraciət edə bilərlər.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına
tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları
məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və
inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın
genişləndirilməsidir.

İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi,
Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi
çərçivəsində, həmçinin, müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin
keçirilməsi nəzərdə tutulur.

Sərgidə ziyarətçi qismində iştirak ödənişsizdir.

Sərgi ilə bağlı ətraflı məlumat və ziyarətçi kimi qeydiyyatdan keçmək üçün:
https://bit.ly/3FIkhV3

Source link