d78cae08-936c-4000-926f-cfb9d28909b8..jpg

Bakıda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var – FOTO

Baxış sayı: 604 dəfə baxılıb.

Bakıda yol-nəqliyyat hadisəsi baş verib: Ölən var – FOTO

Bakının Nəsimi rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat
hadisəsi baş verib.

APA xəbər verir ki, qəza 28 May küçəsi ilə Kövkəb Səfərəliyeva küçəsinin
kəsişməsində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes” markalı minik avtomobilinin sürücüsü
yolu keçən 30-35 yaşlarında olan kişini vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Ölən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Source link