“Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi
Yardım Mərkəzinə 16 oktyabr saat 11:30-da çağırış daxil olub”.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerindən
təxminən 60-65 yaşlarında şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə
Sabunçu Tibb Mərkəzinə təxliyə olunub”, – deyə məlumatda vurğulanır.
13:32
“Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən
yol-nəqliyyat hadisəsi bu gün saat 11:30-da qeydə alınıb”.
Bunu Cixisyolu.com-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi
Toğrul Nəsirli deyib.
O bildirib ki, hadisə nəticəsində piyada xəsarət alıb:
“Yol-nəqliyyat hadisəsi Babək küçəsində qeydə alınıb. Belə ki, “IVECO” markalı
77-JP-921 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi piyadanı vurub. Hadisə
nəticəsində piyada Məxmər Rüstəmova xəsarət alıb”.
Əzizə İsmayılova
12:44
Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində piyadanın vurulması ilə
nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı
İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində
sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər
görülür.