Bakıda yolun ortasında gənci vəhşicəsinə döydülər - VİDEO

Bakıda yolun ortasında gənci vəhşicəsinə döydülər – VİDEO

Baxış sayı: 593 dəfə baxılıb.

Aprelin 29-da Bakı-Sumqayıt yolunda (Beynəlxalq Avtovağzalın qarşısında) kameraya dava görüntüləri düşüb. 

ÇıxışYolu.Com Avtosfer.az-a istinadən xəbər verir ki, 99-KH-411 dövlət nömrə nişanlı taksidən enən sərnişinlər gənc oğlanı yerə yıxaraq döyüblər.

Görüntülərdən məlum olur ki, döyülən şəxs təkdir. Üç nəfər bir gənci yerə yıxaraq bədəninin müxtəlif nahiyələrində, başına və ağzına təpiklə, yumruqla zərbələr endiriblər.

Gənci döydükdən sonra onlar gəldikləri taksiyə əyləşərək hadisə yerini tərk ediblər. Döyülən şəxs isə 99-EL-215 qeydiyyat nişanlı taksiyə oturaraq ərazidən uzaqlaşıb.

Hələlik hadisənin səbəbi bilinmir.

DİN-in 102 zəng mərkəzinə məlumat verilib.

Faktla bağlı Binəqədi rayon 40-cı polis bölməsində araşdırma aparılır.

www.ÇıxışYolu.Com