30487d8c-2a5f-4e36-8f7b-f7b5e271ca57..jpg

Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir – FOTO

Baxış sayı: 658 dəfə baxılıb.

Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Baş
direktor Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası
Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin
hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi
vurğulanıb.

Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra
da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari
vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə
dair geniş müzakirələr aparılıb.

Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı
müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı
İ.Özsertə təqdim olunub.

Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər
rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına
başlayıblar.

15-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.

Source link