440d990c-adc8-4a3e-8fc2-fbf46dc81679..jpg

Bakıda zəncirvari qəza: Ölən və yaralananların kimliyi AÇIQLANDI – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 816 dəfə baxılıb.

Bakıda zəncirvari qəza: Ölən və yaralananların kimliyi AÇIQLANDI – YENİLƏNİB +
FOTO/VİDEO

Bakıda baş verən ağır qəzada 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

APA xəbər verir ki, xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Həmin şəxslərin adları aşağıdakı kimidir:

Əliyev Mürsəl İsmayıl oğlu (2002);

Aslanov Qismət Eyyub oğlu (1956);

Atakişiyev Nəsib Nəsib oğlu (1981);

Məmmədova Ofeliya İsmayıl qızı (2002);

Əlizadə Nicat Ramil oğlu (2001);

Əliyev Orxan İqbal oğlu.

Qəza nəticəsində ölən şəxs isə Yusifli Yusifdir.

23:16

Paytaxtın Ziya Bünyadov prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi
barədə məlumat verilib.

Baş DYP İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyevin Cixisyolu.com-a verdiyi
məlumata görə, bu gun saat 22:00 radələrində Paytaxtın Ziya Bünyadov
prospektində bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari
ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib 4 nəfər
müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

22:14

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi olub, ölən və yaralananlar var.

“Report” xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı bir neçə minik avtomobili toqquşub.

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım briqadası cəlb
olunub.


Source link