Bakıdakı dəb həftəsinin cəsarətli geyimləri – FOTO

Bakıdakı dəb həftəsinin cəsarətli geyimləri – FOTO

Baxış sayı: 2. 656 dəfə baxılıb.

Ötən gün “Fairmont Baku Flame Towers” hotelində “Azerbaijan Fashion Week”in 7-ci mövsümünə start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan Demokratik Respublikasının 100 illliyinə həsr olunan moda həftəsi üç gün davam edəcək.

Dəb həftəsinin ilk  günü media nümayəndələri ilə görüşlə başlayıb.

Görüşdə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez, Mərakeşin Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, dəb həftəsinin xüsusi qonaqları məşhur fransız dizayner Patrik Boffa və mərakeşli dizayner Qonur Tassi çıxış edib.

Daha sonra səhnəyə moda həftəsində geyimləri nümayiş olunan dizaynerlər çıxıb.

Saat 19.00-da başlayan nümayişdə isə aralarında Fəxriyyə Xələfova və Cəlal Kəngərli olmaqla 9 dizaynerin geyimləri nümayiş olunub.

Dizaynerlərin ərsəyə gətirdiyi dekolteli və açıq-saçıq libaslar izləyənlərin diqqət mərkəzində olub.

Qeyd edək ki, tədbir bu gün və sabah davam edəcək.

.
FOTO: Sadiq Fərzəlibəy, Alibey Qasımov

www.ÇıxışYolu.Com