Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlandı - VİDEO

Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlandı – VİDEO

Baxış sayı: 2. 356 dəfə baxılıb.

Bakıdakı kəskin qoxunun əsas səbəbi neft emalı zavodunun zərərli tullantılarının həddindən çox havaya buraxılmasıdır.

ÇıxışYolu.Com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma komissiyasının üzvü Mirsalam Qəmbərov deyib. 

Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlandı - VİDEO

“Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havasına zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havasına zərərsiz olması üçün bütün lazımı tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır.

Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq.

Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır. Biz artıq bununla bağlı işə başlamışıq. Zavoda xəbərdarlıq edilib. Artıq onlar reqlamentə uyğun işlərə başlamalıdılar”, – deyə M.Qəmbərov bildirib.

Əli Məmmədov
www.ÇıxışYolu.Com