Sovet dövründə fantastika həvəskarlarının çoxu acgözlüklə Aleksander Belyayevin “Ölü gəmilərin adası” romanını oxuyub. Əsərdə Sarqasso dənizi yosunlarıyla böyüyən gəmi qalıqlarından yaranmış adadan söhbət gedir.
Çox vaxt yazıçıların xəyalları gerçəkliyə çevrilir: Bakının yaxınlığında, Böyük-Zirə (Nargin) adasının şimal sahilində döyüş gəmilərinin böyük qəbiristanlığı var. Bunlar SSRİ Hərbi Dəniz Qüvvələrinin keçmiş Qırmızı Bayraq Xəzər Donanmasının gəmiləridir. Bir zamanlar güclü olan dəniz canavarları bu gün qiyamət sonrası mənzərəni xatırladır.
Hələ sovet dövründə Nargin Xəzər flotiliyasının dayanacaqlarından biri kimi istifadə olunurdu. 80-ci illərdə bura istismar müddəti bitmiş və ya təmirini gözləyən gəmilər gətirilməyə başladı.
Buraya iki patrul, bir neçə artilleriya, barj və quru yük gəmiləri olmaqla ümumilikdə 20-yə yaxın gəmi gətirilib.
Birliyin dağılması ilə bu gəmilərə artıq ehtiyac qalmayıb. 1992-ci ildə meydana gələn Xəzər flotiliyasının Rusiya ilə Azərbaycan arasında bölünməsi Nargindəkı gəmilərə aid olmadı və onlar burada sovet donanmasının əvvəlki gücünü özündə göstərərək paslandı.
Gəmilər naviqasiya üçün heç bir təhlükə yaratmır, çünki onlar praktik olaraq bu sulara girmir. Həmin gəmilər ancaq Bakıya adadan girişi əngəlləyir.
Narginin inkişafı üçün müxtəlif layihələr hazırlanır. Buna görə gəmilərin çökdürülməsi qərara alınıb və hazırda işlər sürətlə davam etdirilir. Bəlkə də yaxın gələcəkdə “ölü gəmilər adası”ndan yalnız xatirələr qalacaq.
Namiq Həsənov
FOTO: Ramil Zeynalov