f4d4719e-161a-4850-b199-14b3b76f5519.jpg

Bakıdakı restoranlar COP29-a hazırlaşır

Baxış sayı: 217 dəfə baxılıb.

“Gələn ay Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində
paytaxtdakı restoranlarda xüsusi menyular tərtib olunub”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm
Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

“Bununla bağlı Milli Kulinariya Mərkəzi ilə birlikdə təlimlərə başlanılıb.
COP29 çərçivəsində ölkəmizə gələcək qonaqlara həm milli mətbəximizi, həm də
vegan və vegeterian menyularını təqdim etmək üçün işlər görülür”, – deyə o qeyd
edib.

Source link