6aaa9d0b-b86b-4bf6-8d39-b58329f40d64..jpg

Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq – RƏSMİ

Baxış sayı: 855 dəfə baxılıb.

Bakıdakı sıxlığı azaltmaq üçün yeni mərkəzlər yaradılacaq – RƏSMİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı əhalisinin sayı ildən-ilə daha da çoxalır.

Belə ki, Dövlət Statistika Komitəsindən Bizim.media-ya verilən məlumata görə,
Bakı əhalisinin sayı 2 milyonu keçib.

Lakin qeydiyyata alınmadan yaşayanlarla birlikdə hazırda paytaxtda dörd
milyondan çox insan var.

Ekspertlər şəhər əhalisinin getdikcə çoxalmasını şəhərsalma
planlaşdırılmasının düzgün aparılmaması ilə əlaqələndirirlər.

Mövzu ilə bağlı Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi İşlər və
İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdir müavini – sektor müdiri Ramiz İdrisoğlu
bildirib ki, Bakıda yüklülüyün aradan qaldırılması üçün çoxmərkəzlilik
formalaşdırılacaq:

“Bakı şəhərinin yeni Baş planı hazırlanaraq aidiyyəti dövlət qurumları ilə
razılaşdırılıb və təsdiq üçün təqdim edilib. Həmin layihə sənədində bütün
müasir şəhərsalma standartları və 2040-cı ilədək əhali sayının artım tempi
nəzərə alınmaqla Bakı şəhərinin inkişaf prioritetləri müəyyən olunub.

Eyni zamanda, şəhər mərkəzində yüklülüyün aradan qaldırılması üçün
çoxmərkəzliliyin formalaşdırılması təklifi verilib. Yəni sözügedən sənəd təsdiq
olunandan sonra bir neçə mərkəz formalaşdırılacaq. Bakı ərazisində əsas
mərkəzlə yanaşı, altı alt və regional mərkəzin yaradılması təklif edilir. Sənəd
təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə əlavə açıqlama veriləcək”.

Source link