6f7d2c23-5d52-4699-a8d9-fe0b9ccd13a2..jpg

Bakıdakı tarixi bina sökülür? – FOTO

Baxış sayı: 925 dəfə baxılıb.

Bakıdakı tarixi bina sökülür? – FOTO

Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi, 52 (24) ünvanında
XIX əsrin sonlarına məxsus tarixi məhəllədə yerləşən yaşayış binasının
sökülməsi barədə məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazanlar bildirirlər
ki, sökülən yaşayış evi 1890-cı illərin sonu – 1900-cü illərin əvvəllərinə
aiddir. Binanın müəllifi memar Mirzə Qafar İsmayılovdır.

Qeyd olunur ki, düz bir il əvvəl Azərbaycan Memarlar İttifaqı memarlıq
abidələrinin reyestrinə daxil edilməsi tövsiyə olunan binaların siyahısını
tərtib edib və bu barədə aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bu
siyahıda 300-dən çox bina yer alır, o cümlədən Zivər bəy Əhmədbəyov, 52
küçəsində yerləşən sözügedən yaşayış binası.

Mədəniyyət Nazirliyi sözügedən paylaşımlara reaksiya verib. Nazirlikdən
bildirilib ki, məsələ diqqətdə saxlanılır: “Yaxın müddətdə ətraflı məlumat
veriləcək”.

Həmçinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb. Qurumlardan
məsələ ilə bağlı tezliklə ətraflı açıqlama veriləcəyi bildirilib.

Source link