f60b548c-149e-421e-b9cb-6f1f4ff63aaf..jpg

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb – FOTO

Baxış sayı: 1. 127 dəfə baxılıb.

Bakıdakı Türk Şəhidliyində Çanaqqala zəfəri anılıb – FOTO

Bu gün Bakıda Türk Şəhidliyində 18 Mart Çanaqqala Şəhidləri Günü və Çanaqqala
zəfərinin 108-ci ildönümü münasibəti ilə anım mərasimi keçirilib.

APA xəbər verir ki, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin
nümayəndələri və bir sıra rəsmi şəxslər iştirak ediblər.

Mərasimin açılışında Çanaqqala qurbanları yad edilib, Azərbaycan və Türkiyənin
Dövlət Himnləri səsləndirilib.

Tədbir iştirakçıları Türk Şəhidliyindəki xatirə abidəsinin qarşısına əklillər
qoyublar.

Mərasim Şəhidlər xiyabanını ziyarətlə başa çatıb.

Source link