Ötən ay Bakıda keçirilmiş idman gimnastikası üzrə Dünya Kubokunun qalibi olmuş Ceyd Keri ABŞ-ın martdakı ən yaxşı idmançısı seçilə bilər.
ÇıxışYolu.Com xəbər verir ki, ABŞ Olimpiya Komitəsi mart ayında ən yaxşı nəticə göstərmiş qadın, kişi idmançıları, o cümlədən, komandaları fərqləndirmək üçün səsvermə elan edib.
Qətərin paytaxtı Dohada və Bakıda keçirilmiş Dünya Kuboklarında dörd qızıl medal qazanmış Ceyd Keri ayın qadın idmançısı seçilməyə namizəd beş idmançı arasındadır.
Səbuhi MUSAYEV