77482896-a650-4646-bfb9-c98a0d6005c3..jpg

Bakıdan aparılan humanitar yardımın Xankəndiyə çatdırılması üçün danışıqlar aparılıb – YENİLƏNİB + CANLI YAYIM

Baxış sayı: 583 dəfə baxılıb.

Bakıdan aparılan humanitar yardımın Xankəndiyə çatdırılması üçün danışıqlar
aparılıb – YENİLƏNİB + CANLI YAYIM

Azərbaycan Qızıl Aypara Cəmiyyəti Xankəndidəki erməniəsilli şəxslərə 40 ton
humanitar yardım aparılması ilə bağlı Azərbaycan ərazisində müvəqqəti
yerləşdirilən Rusiya sülhməramlılarına məlumat veriblər.

“Report”un Ağdama ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bunu Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev jurnalistlərə
açıqlamasında deyib.

Onun sözlərinə görə, məram və məqsədləri barədə Azərbaycan ərazisində
müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandirinə məlumat veriblər:

“Onlar da öz rəhbərliklərinə məruzə etdilər. Onlar rəhbərliklərinin verdiyi
qərarı bizimlə bölüşmək üçün vaxt istədilər”.

Daha çox şəkil burada: PhotoStock.az

18:42

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin
ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı
Ağdam-Xankəndi yolu üzərindəki Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş
Rusiya sülhməramlılarına məxsus posta çatıb.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməniəsilli şəxslərin
ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı
Ağdam-Xankəndi yoluna çatıb.

Bu barədə “Report”un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir.

Avtomobillərin içərisində 40 ton un məmulatları var.

17:10

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AQAC) Qarabağda yaşayan erməniəsilli
şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım
Ağdama çatıb.

Bu barədə “Report”un avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir.

Hazırda içərisində 40 ton un məmulatları olan iki TIR Ağdam rayonu ərazisindən
Ağdam-Xankəndi yolu istiqamətinə hərəkət edir.

15:31

Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru
irəliləyir.

Baku TV-nin avtomobilləri müşayiət edən əməkdaşı xəbər verir ki, unla yüklü
iki avtomobil hazırda Yevlax rayonu ərazisindədir.

Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin
Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

09:36

“Bu gün bizim humanitar karvanımız yola düşəcək. Biz Ağdam-Xankəndi yoluna
yollanacağıq”.

“Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qızıl
Aypara Cəmiyyətinin (QAC) prezidenti Novruz Aslan deyib.

Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

“Bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən
müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək,
onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik”.

Daha çox foto burada: PhotoStock.az


Source link