df860c3c-b836-4a99-8aab-a4237890db1b..jpg

Bakıdan erməniəsilli şəxslərə yardım aparan humanitar karvan Ağdam-Xankəndi yolunda gözləyir – FOTO

Baxış sayı: 602 dəfə baxılıb.

Bakıdan erməniəsilli şəxslərə yardım aparan humanitar karvan Ağdam-Xankəndi
yolunda gözləyir – FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli
şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım
karvanı Ağdam-Xankəndi yolundadır.

“Report” xəbər verir ki, içərisində 40 ton un olan iki TIR dünəndən etibarən
Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında
gözləyir.

Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri
yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən
Rusiya sülhməramlılarına təqdim ediblər.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən
Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan
humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar
yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var. Hazırda yardımın
erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.

Source link