a6cc8f56-65fd-4142-a9f6-88931089efec.jpg

Bakıdan qastroldan qayıdan rusiyalı müğənniyə şok: Qızını qaçırdılar

Baxış sayı: 35 dəfə baxılıb.

Məşhur rusiyalı müğənni Lyubov Uspenskayanın qızı Tatyana Plaksina itkin
düşüb. İfaçı bunu Bakıdan qastrol səfərindən qayıtdıqdan sonra xəbər tutub –
evdə qızının yalnız mobil telefonu tapılıb. O, 34 yaşlı qızının qaçırıldığını
düşünür.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə ifaçının vəkili Yelena Senina
“Baza” “Telegram” kanalına bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Tatyanaya narkotik verilib və Rusiyadan
kənara çıxarılıb. Bundan əlavə, vəkil iddia edir ki, qızı anasının nüfuzuna və
inanclarına xələl gətirən müsahibə verməyə məcbur ediblər.

“Bizim məlumata görə, Tanyuşa Rusiya Federasiyası ərazisində deyil. Qızın
narkotikdən asılılığını nəzərə alsaq, onun hansı xarici dövlətin xüsusi xidmət
orqanları tərəfindən cəlb edildiyi məlumdur”, – deyə Senina bildirib.

Vəkil vurğulayıb ki, qızı vasitəsilə məşhur müğənniyə təzyiq göstərməyə
çalışırlar, lakin bu, Uspenskayanı vətəndaş mövqeyini dəyişməyə məcbur
etməyəcək.

Korrupsiyaya qarşı mübarizə üzrə federal layihənin rəhbəri Vitali Borodin
artıq Tatyana Plaksinanın yoxa çıxması ilə bağlı güc strukturlarına müraciət
edib. Lyubov Uspenskayanın özü hələlik şərh verməkdən çəkinir.

Qeyd edək ki, Tatyana Plaksina əvvəllər narkotik aludəçisi olub, lakin vəkilin
sözlərinə görə, hazırda o, zərərli vərdişini tərgidib.

Source link