494d5837-4a6b-45d7-a07d-a0d4fe91ba43..jpg

Bakıdan yola salınan köç karvanı Laçın şəhərinə çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 517 dəfə baxılıb.

Bakıdan yola salınan köç karvanı Laçın şəhərinə çatıb – YENİLƏNİB + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 22-də Böyük Qayıdış çərçivəsində Laçına növbəti köç prosesi
gerçəkləşib. Laçın şəhəri bu dəfə 21 ailəyə qucaq açıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün daha 81 laçınlının yurd
həsrəti başa çatıb. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni, 1326 nəfərin daimi məskunlaşması
təmin edilib.

06:49

Laçının daha 81 sakini doğma yurda qayıdır.

Cixisyolu.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi
köçkünlərin qayıdışı davam edir.

Noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu
Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21
ailə – 81 nəfər köçürülüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan
sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən
tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1 326 nəfərin daimi məskunlaşması
təmin edilib.

Daha çox şəkil burada: PhotoStock.az

Aytac Qasımova


Source link