95a049b3-898a-46fb-8aee-d8f659ca5b17..jpg

Bakını gecə ilə bir-birinə qatan sürücüyə hansı cəza verildi? – VİDEO

Baxış sayı: 746 dəfə baxılıb.

Bakını gecə ilə bir-birinə qatan sürücüyə hansı cəza verildi? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən il 29 sentyabr tarixində gecə saatlarında Səbail rayonunda polisə tabe
olmayaraq yük maşınını sərxoş vəziyyətdə idarə edən və yeddi avtomobili əzən
şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, 1983-cü il təvəllüdlü Yaşar Muradov Cinayət
Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq) və 234.1 (Narkotik vasitələrin qanunsuz
dövriyyəsi) maddələri ilə ittiham edilib.

Səbail Rayon Məhkəməsində keçirilən prosesdə bildirilib ki, Y.Muradovu yol
polisi əvvəlcə Salyan şossesində saxlayıb. Lakin orada mübahisə baş verdiyi
üçün əraziyə Çevik Polis Alayının əməkdaşları çağırılıb. Bundan sonra Muradov
idarə etdiyi “Mercedes Actros” markalı yük avtomobilinə əyləşərək oradan
uzaqlaşıb. Polislər onu təqib edərkən Y.Muradov yük avtomobilini Bayıl
qəsəbəsinin dar küçələrinə salıb. Nəticədə iriqabaritli yük avtomobili Litvin
Babayev küçəsində yeddi avtomobili əzib.

Belə ki, vətəndaşlara məxsus “Hyundai Sonata”, “Changan CS 85”, “Hyundai
Elantra”, “Mercedes-Benz”, “Mercedes-Benz E Klass”, “Nissan Micra” markalı,
eləcə də Muradovun sürücü işlədiyi şirkətin yük maşınına xeyli ziyan dəyib.

Hadisə vaxtı polislər Y.Muradovu atəş açmaq hesabına saxlaya biliblər.
Həmçinin Bayıl qəsəbə sakinləri maşınları əzən yük maşınının sürücüsünə hücum
ediblər.

Səbail Rayon Məhkəməsi sürücüyə qarşı narkotik ittihamını qəbul etməyib və ona
Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə bəraət verilib.

Y.Muradova Məcəllənin 221.2.2-ci maddəsinə əsasən, 1 il 4 ay müddətinə həbs
cəzası verilib.


Source link