Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur.
ÇıxışYolu.Com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, 25 iyul 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan dörd dəfə yuxarı olduğu qeydə alınıb.
Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.
Qeyd edək ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.