Azərbaycan Heyvan Xilasetmə Mərkəzi bağlanır.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə təşkilatın rəsmi Facebook səhifəsində məlumat verilir.
Məlumatda bildirilir ki, AARC heyvanları xilasetmə mərkəzi və baytar klinika 28 Fevral 2018-ci il tarixindən etibarən fəaliyyətini dayandırır.
“Biz sponsor hesabına fəaliyyət göstərirdik və artıq təəssüflər olsun ki, sponsorumuzun maddi problemləri ilə bağlı bu fəaliyyətə son qoyulur”, – məlumatda deyilir.
Hazırda mərkəzdə 200-ə yaxın heyvan var. Mərkəzin əməkdaşları onlara yeni sahiblər axtarırlar.