34440001-a31e-474a-a00b-aa751ada774c.jpg

Bakının əsas prospektlərindən birində illərdir narazılığa səbəb olan QOŞA XƏTT silinir

Baxış sayı: 33 dəfə baxılıb.

Bakıda Heydər Əliyev prospektinin Hava Limanı qovşağından Sabunçu qovşağına
qədər olan hissəsində olan nişanlanma xətlərində, hər iki istiqamət üzrə
dəyişikliklər edilir.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat
verilib.

Bakının əsas prospektlərindən birində illərdir
narazılığa səbəb olan QOŞA XƏTT silinir
Bakının əsas prospektlərindən birində illərdir narazılığa səbəb olan QOŞA XƏTT
silinir

Qeyd olunub ki, uzun illərdir qanunvericiliyin tələblərinə uyğun olmayan və
sürücülərin narazılığına səbəb olan qoşa xətt silinərək qırıq xətlə (1.5 xətti
ilə) əvəz olunur.

“Bu dəyişikliklər yolda nəqliyyat vasitələrinin nizamlı hərəkətinə və
təhlükəsizlik səviyyəsinin artmasına imkan verəcək. Daha əvvəl sürücülər yalnız
icazə verilən məhdud yerlərdə yerdəyişmə edə bilirdilər ki, bu da yol-nəqliyyat
hadisələrinin başvermə riskini artırırdı. Artıq Sabunçu yol qovşağı
istiqamətində işlər yekunlaşıb. Görülən işlər çərçivəsində üfüqi nişanlanma
xətləri də yenilənib.

İşlər gecə saatlarında yerinə yetirilib”, – deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Source link