e45f20b3-b6c5-4984-a23e-b2c9ed5979e7..jpg

Bakının azad edilməsinin 105 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirildi – FOTO

Baxış sayı: 739 dəfə baxılıb.

Bakının azad edilməsinin 105 illiyi ilə əlaqədar “dəyirmi masa” keçirildi –
FOTO

Sentyabrın 15-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Bakı
şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Vətənimizin
azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq
münasibətlərindən, bu əlaqələrin uğurla inkişaf etməsindən, 1918-ci il
sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun və
Azərbaycan korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından
azad etməsinin tarixi əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, qardaş ölkə istər torpaqlarımızın işğalda olduğu dövrdə,
istərsə də 2020-ci ilin sentyabrın 27-dən başlayan və Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi altında şanlı qələbəmiz ilə nəticələnən Vətən
müharibəsində Azərbaycana mənəvi və siyasi dəstək göstərib.

Tədbir Bakı şəhərinin azad edilməsinin 105 illiyinə həsr olunmuş videoçarxın
nümayiş olunması ilə başa çatıb.

Source link