Bakının Baş planının icrasına hansı ərazidən başlanacaq? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Baş planının icrasına ilk olaraq Nərimanov rayonu ərazisində Montin
qəsəbəsi kimi tanınan ərazidən başlana bilər. Başqa sözlə, burada bütün
infrastrukturun yenilənməsi nəzərdə tutulur.
Xezerxeber.az-ın məlumatına görə, pilot layihə ərazisi Bakının mərkəzi
hissəsinin şərqində, Heydər Əliyev prospekti ilə Babək prospektinin arasını
əhatə edir. Ərazi şərqdən və cənubdan dəmiryolları ilə sərhədlənir.
Əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev bildirib ki, məqsəd Baş planın
ümumi parametrlərinin sözügedən inkişaf ərazisinə tətbiq etməkdir.
Burada ən üstün şəhərdaxili inkişaf planı icra ediləcək. Yaşayış, iş və sosial
mühiti bir məkanda cəmləşdirən ərazidə yaşayış məhəllələri və bloklaşdırılmış
evlər inşa edilə bilər.
Tikintilərin indiki kimi plansız deyil, ara məsafələri saxlanılmaqla inşası
həyata keçiriləcək. Burada dəmiryolu stansiyasının bərpası və əlaqələndirilmiş
ictimai nəqliyyat şəbəkəsi yaradıla bilər.
Qəsəbə ərazisində piyada gəzintisi üçün geniş imkanlar yaradılması, 40%-lik
ərazinin ümumistifadə üçün nəzərdə tutulması planlaşdırılır.
Ətraflı süjetdə: