7c868936-9897-4f21-9aac-b50f6310058d..jpg

Bakının bir hissəsində qaz olmayacaq

Baxış sayı: 900 dəfə baxılıb.

Bakının bir hissəsində qaz olmayacaq

Bakının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB-dən bildirilib ki, qaz təchizatının yaxşılaşdırılması və
fasiləsiz qaz təminatının təmin edilməsi məqsədi ilə bu gün Suraxanı rayonu,
“Bahar” Qaz Tənzimləmə Məntəqəsində qaz tənzimləyicinin əvəz olunması və şəbəkə
üzərində ehtiyat (baypas) xəttin quraşdırılması ilə əlaqədar qaz təchizatı
dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Hövsan qəsəbəsinin, Zığ bağlarının, Bahar, Dədə
Qorqud, Sahil yaşayış massivlərinin və Suraxanı rayonunda yerləşən MİDA yaşayış
kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Source link