Bu gün paytaxtın Xətai rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə ÇıxışYolu.Com-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.