c0bb4a26-3db1-484b-bdfd-09c86192ceec..jpg

Bakının bir rayonunda ay ərzində 30 kiloqram narkotik ələ keçdi – VİDEO

Baxış sayı: 545 dəfə baxılıb.

Bakının bir rayonunda ay ərzində 30 kiloqram narkotik ələ keçdi – VİDEO

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqust ayında
narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən
tədbirlər zamanı ümumilikdə 82 nəfər saxlanılıb. Həmin şəxslərdən 30 kiloqram
heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, onlardan bəziləri əvvəllər narkotiklərin
qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir.
Saxlanılanların bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları
İran vətəndaşlarından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini
bildiriblər.

Aşkar edilmiş faktlarla bağlı İdarənin İstintaq Şöbəsində araşdırma aparılır.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə
tədbirləri davam etdirilir.


Source link