604ba8e7-7f80-473e-811d-a424681c487f..jpg

Bakının bir sıra yollarındakı məhdudiyyət aradan qaldırılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 644 dəfə baxılıb.

Bakının bir sıra yollarındakı məhdudiyyət aradan qaldırılıb – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan futbol qarşılaşması ilə
əlaqədar olaraq bəzi küçələrdə avtomobillərin hərəkətinə tətbiq edilən
məhdudiyyət aradan qaldırılıb.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol
qarşılaşması ilə əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli
küçələrinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində, Əhməd bəy Ağaoğlu
küçəsi, Tofiq Bəhramov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti
ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsindən “Gənclik” m/st. istiqamətində,
Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən “Gənclik”
m/st. istiqamətində məhdudiyyət tətbiq edilmişdi.

07.03.24, 21:54

Futbol matçı ilə əlaqədar Bakının bir sıra yollarında məhdudiyyət tətbiq
edilib.

Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən futbol qarşılaşması ilə
əlaqədar olaraq Molla Pənah Vaqif və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən
metronun “Gənclik” stansiyası istiqamətində, Əhməd bəy Ağaoğlu küçəsi, Tofiq
Bəhrəmov adına stadionun qarşısında, Fətəli Xan Xoyski prospekti ilə Koroğlu
Rəhimov küçəsinin kəsişməsindən metronun “Gənclik” stansiyası istiqamətində,
Nəsib bəy Yusifbəyli və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsindən metronun
“Gənclik” stansiyası istiqamətində məhdudiyyət tətbiq edilib.

Source link