a1e0b65c-907d-46e7-a909-8963f691e766..jpg

Bakının daha bir ünvanında söküntü: Sakinlərə kirayə pulu və mənzillər veriləcək

Baxış sayı: 610 dəfə baxılıb.

Bakının daha bir ünvanında söküntü: Sakinlərə kirayə pulu və mənzillər
veriləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlərin söküntüsünə
başlanacaq. Söhbət Behbud Şaxtaxtinski küçəsində yerləşən fərdi yaşayış
evlərindən gedir.

Baku.ws xəbər verir ki, gələn ilin yanvar ayından söküntüsünə başlanacaq
evlərin sahibləri ilə demək olar ki, razılıq əldə olunub.

Belə ki, fərdi evlərin söküntüsünü icra edən şirkət həmin ərazidə çoxmərtəbəli
bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan
əlavə binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 700 manat
kirayə pulu da veriləcək.

Qeyd edək ki, adıçəkilən ünvanın yaxınlığındakı bir çox fərdi yaşayış evləri
artıq bir müddətdir ki, sökülmüşdü.

Source link