f4188a0f-aa88-4974-aa5b-41a88146e632..jpg

“Bakının etimadını itirən Vaşinqton yeni təzyiq elementlərini işə salmaq niyyətindədir” – RƏY + FOTO

Baxış sayı: 730 dəfə baxılıb.

“Bakının etimadını itirən Vaşinqton yeni təzyiq elementlərini işə salmaq
niyyətindədir” – RƏY + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Azərbaycana münasibətdə bütün
mümkün təzyiq rıçaqlarından məhrum olan və özünün qeyri-adekvat, qərəzli
davranışları ilə Bakının etimadını itirən ABŞ yeni təzyiq elementlərini işə
salmaq niyyətindədir. Görünən odur ki, indiki mərhələdə hədəf Azərbaycan
ictimai mühitində qarşıdurma yaratmaqdır”.

Bu fikirləri Cixisyolu.com-a açıqlaması zamanı Milli Məclisin deputatı Bəhruz
Məhərrəmov deyib.

Onun sözlərinə görə, Qərbdən maliyyələşən və Azərbaycanda ABŞ-nin tezisləri
ilə hərəkət edən media qurumlarının, həmçinin də qeyri-hökumət təşkilatlarının
son günlər anti-Azərbaycan fəaliyyətini gücləndirməsinin effektiv nəticə
verməməsi Vaşinqtonun özünü alternativlərə müraciət etməyə, daha dəqiq desək,
ABŞ-də təhsil almış azərbaycanlıları prosesə qoşmağa məcbur edib:

“ABŞ-Azərbaycan münasibətlərinin gərginləşdiyi və Azərbaycana münasibətdə açıq
formada beynəlxalq hüququn prinsiplərinə zidd şəkildə hücumlarını artırdığı bir
vaxtda ABŞ-nin Azərbaycandakı səfirliyinin Birləşmiş Ştatlarda təhsil almış bir
qrup azərbaycanlı məzunla görüş təşkil etməsi başqa cür izah oluna bilməz.
Xüsusən yalnız səfirliyin kriteriyaları əsasında seçilmiş məzunların tədbirə
dəvət edilməsi bu istiqamətdə şübhələri daha da artırır.

Əlbəttə, ABŞ-da təhsil almış azərbaycanlı məzunları bütövlükdə Vaşinqtonun
agentura şəbəkəsinin subyektləri hesab etmək olmaz. Lakin noyabrın 27-də
planlaşdırılan “məzunlarla görüş”ün iştirakçıları arasında daha çox bu tip
insanların üstünlük təşkil edəcəyi ehtimalları böyükdür. Bu mənada,
təqsirsizlik prezumpsiyasının qorunması şərti ilə məxfi əməkdaşlığa cəlb
edilmiş iştirakçıların ifşa olunması və xarici xüsusi xidmət orqanlarının,
təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycanın müstəqilliyinə,
suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə,
elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək
pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən
müvafiq əməliyyat tədbirləri həyata keçirilməsi suveren hüququmuzdur.

Hər kəs əmin ola bilər ki, qlobal arenada aşkar qeyri-dost davranışlar nümayiş
etdirən Vaşinqtonun Azərbaycan daxilində də milli maraqlarımızın həyata
keçirilməsinə mane olan cəhdlərinə və ya dövlət maraqlarımıza təhlükə yaradan
hər hansı şərait, proses və amillərə imkan verilməyəcək”.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı Səfirliyi noyabrın 27-si Bakıda ABŞ-da
təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş adı ilə tədbir keçirəcək.
Məlumata görə, “məzunlarla görüş” adı verilsə də, reallıqda bu, ABŞ-nin
Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir.

Aysel Aslan

Source link