Paytaxtın bir neçə rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Bakı şəhəri Nəsimi və Yasamal rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 19 aprel saat 09:00-dan təmir işləri yekunlaşana qədər Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.
Aparılan işlər gün ərzində yekunlaşdırılacaq və təbii qazın verilişi bərpa ediləcək.
Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Könül Cəfərli