2018-ci il “Formula-1” üzrə Azərbaycan Qran-Prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq Meydanına qədər olan olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
ÇıxışYolu.Com-nun xəbərinə görə, bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.
O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaq:
“Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək”.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 27-29 apreldə keçiriləcək.
S.T.
www.ÇıxışYolu.Com