09819336-0f34-4f8d-85f2-84261accb457..jpg

Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb – FOTO/VİDEO

Baxış sayı: 583 dəfə baxılıb.

Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı
avtomobillər tərəfindən zəbt olunub.

Cixisyolu.com-ın məlumatına görə, mərkəzi küçədə, dayanma-durmanı qadağan edən
nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi
istifadə olunur. Buradakı qiyməti isə ərazidəki “parkovşik” təyin edib – 2
manat.

Bundan əlavə, avtomobillərin səkiyə rahat giriş-çıxışını təmin etmək üçün
velosiped zolağını avtomobil yolundan ayıran baryerlər də sökülüb.

Qeyd edək ki, sözügedən ərazidə həm yeraltı, həm yerüstü dayanacaq yerləri
mövcuddur.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.

İdarənin bölmə rəisi Toğrul Nəsirli Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirdi
ki, sözügedən ərazidə yol hərəkəti qaydalarını pozan sürücülər barəsində DYP
əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

“Təəssüflə qeyd etməliyik ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq,
yenə də bəzi sürücülər avtomobillərini səkidə saxlayaraq piyadaların rahat və
təhlükəsiz hərəkətinə mane olurlar. Sürücülərdən xahişimiz və tələbimiz ondan
ibarətdir ki, qaydalara biganə yanaşmasınlar və piyadaların həyat və
sağlamlığını təhlükə altına atmasınlar”, – deyə T.Nəsirli vurğulayıb.

Video və fotoları təqdim edirik:

Əzizə İsmayılova

Source link