81e3d16a-7822-4d48-bb13-5ed84236c1d9..jpg

Bakının mərkəzində avtomobil krana çırpıldı: Xəsarət alanlar var – VİDEO

Baxış sayı: 875 dəfə baxılıb.

Bakının mərkəzində avtomobil krana çırpıldı: Xəsarət alanlar var – VİDEO

Bakıda Heydər Əliyev prospekti, “ASK Arena”nın qarşısında yol-nəqliyyat
hadisəsi baş verib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə zamanı 99-PR-020 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı minik
avtomobili kranla toqquşub.

Nəticədə sürücünün və yanındakı sərnişinin xəsarət aldığı bildirilir.

Hadisədən sonra yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Qeyd edək ki, prospektin işıq dirəklərinin təmiri ilə məşğul olan fəhlələrə
xidmət edib.


Source link