Deputat Azər Badamov Bakı şəhərində tıxac-sıxlıq problemini aradan qaldırmaq üçün göydələnlərin tikintisinə məhdudiyyət qoyulmasını təklif edir.
ÇıxışYolu.Com-ın xəbərinə görə, millət vəkili bu təklifini parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı səsləndirib.
A.Badamov bildirib ki, Bakıda göydələnlərin sayının çoxalması yenidən tıxac-sıxlıq problemini gündəmə gətirir:
“Ona görə də təklif edirəm ki, bu problem həll etmək üçün şəhərin mərkəzində göydələnlərin tikintisinə məhdudiyyət qoyub, Bakıətrafı boş ərazilərdə yeni yaşayış massivlərinin, qəsəbələrin salınmasına başlanılmalıdır”.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com