Bakının mərkəzində həyəcanlı anlar yaşadan qadınla bağlı RƏSMİ AÇIQLAMA –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bir nəfərin
Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən
doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil
olub.
Qurumdan Cixisyolu.com-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli
Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında
təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə
mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş,
1983-cü il təvəllüdlü Nazilə Tahir qızı Bədirova hadisə yerində olan aidiyyəti
qurumların əməkdaşlarına təhvil verilib.
14:12
Paytaxtın Nərimanov rayonunda qəribə hadisə baş verir.
Bu barədə görüntüləri Baku.ws yayıb.
Bildirilib ki, Azadlıq prospekti 116 ünvanında 41 yaşlı qadın məişət
əşyalarını mənzildən aşağı atıb.
O, hadisə yerinə gələn polis əməkdaşları üçün mənzilin qapısını açmayıb. Baş
verə biləcək intihar hadisəsinin qarşısını almaq məqsədilə əraziyə FHN-in
xilasediciləri cəlb olunublar.
Hadisə yerindən görüntüləri təqdim edirik: