Bakının mərkəzində kanalizasiya borularında tıxanma olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bakının mərkəzində kanalizasiya borularında baş verən tıxanma aradan
qaldırılıb”.
Bu barədə “Report”a “Azərsu” ASC-dən bildirilib.
Məlumata görə, “Azərsu” əməkdaşları tərəfindən əraziyə baxış keçirilib,
Sukanal İdarəsinin qəza briqadaları oraya cəlb olunub və problem aradan
qaldırılıb.
Qeyd edək ki, aprelin 21-də günorta saatlarında Səbail rayonu, Təbriz
Xəlilbəyli küçəsi, 1 ünvanında kanalizasiya borularında tıxanma baş verib,
tıxanma nəticəsində çirkab suları küçəyə axıb.