4dc5f051-fad9-4990-80ba-30d323f54011..jpg

Bakının mərkəzində ölüm balkonu – VİDEO

Baxış sayı: 544 dəfə baxılıb.

Bakının mərkəzində ölüm balkonu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təzəpir məscidi yaxınlığında – Həzi Aslanov küçəsi, 7 ünvanında binalardan
birinin balkonu qəzalı vəziyyətdədir və hər an küçədən keçənlərin üzərinə uça
bilər. Yeri gəlmişkən, yerli sakinlərdən biri vaxtilə burada belə bir bədbəxt
hadisənin yaşandığını bildirib.

Bakupost.az xəbər verir ki, binanın sakinləri balkonun uçmaması üçün onun
altına taxta tir dayayıblar. Bu isə onsuz da dar olan küçədə avtomobillərin və
piyadaların hərəkətinə mane olur. Üstəlik, axşam vaxtı qaranlıq küçədə hər
hansı sürücünün ehtiyatsızlığı nəticəsində həmin tir də, balkon da uça və
bədbəxtliyə səbəb ola bilər.

Ümid edirik ki, əlaqədar qurumlar yerli sakinləri hər an ölümlə təhdid edən
qəzalı balkonun təmiri ilə bağlı tədbir görəcəklər.


Source link