2017eee6-0117-455f-b5ad-b9189b31ebfa..jpg

Bakının mərkəzində qadına qarşı əxlaqsız hərəkət edən şəxs həbs edildi

Baxış sayı: 633 dəfə baxılıb.

Bakının mərkəzində qadına qarşı əxlaqsız hərəkət edən şəxs həbs edildi

Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində, Nizami küçəsində
qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, naməlum şəxs sentyabrın 1-də saat
20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına
yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız
hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin
yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu,
Şıxzahırlı kənd sakini 1994-cü il təvəllüdlü R.Babayev (şərti) olması müəyyən
edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə
gətirilib və barəsində inzibati protokol tərtib edilib.

Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə
deyib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün hərəkətlərini idarə
edə bilməyib:

“Həmin gün günorta saat 4-5-də metronun “28 May” stansiyası yaxınlığındakı
kafelərdən birində 10-12 bakal spirtli içki (pivə) içmişdim. Axşam saat 7
radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada
və yaxınlıqdakı Nizami küçəsində gəzişdim. Saat 8 radələrində oradakı mağazadan
2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə
bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi
ilə evə getdim. Ümumiyyətlə, içki içən deyiləm, bu əməli törədərkən içkili
olduğuma görə özümdə olmamışam”.

Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati
həbs cəzası verilib.

Source link