Bu gün günorta saatlarında Bakının mərkəzində – Zərifə Əliyeva küçəsində, Muzey Mərkəzi binasının arxasında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə ÇıxışYolu.Com-a Səbail rayonu hüquq-mühafizə orqanlarından bildiriblər.
Belə ki, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə maşın ağaca çırpılıb. 40 yaşlı Könül Abbaslı hadisə yerində ölüb.
Avtomobilin sükanı arxasında K.Abbaslının dayısının həyat yoldaşı olub. Maşında cəmi dörd nəfər olub. Üç nəfər Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, ölən qadın üç uşaq anasıdır.
Ramella İbrahimxəlilova