8f9569ed-8189-4dc8-b1ea-cb906cf2e52f.jpg

Bakının mərkəzində qırılan ağac ərazidən götürüldü

Baxış sayı: 31 dəfə baxılıb.

“Bakının Xətai rayonunun Yavər Səfərov küçəsində qırılan ağac ərazidən
götürülüb”.

Bu məlumat Cixisyolu.com-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma
Birliyindən verilib.

“Qırılıb yolun hərəkət hissəsinə düşən ağacla bağlı problem əməkdaşlarımız
tərəfindən aradan qaldırılıb. Artıq yol açıqdır”, – deyə məlumatda bildirilir.

17:06

Bakının Xətai rayonunda irigövdəli ağac qırılaraq yolun hərəkət hissəsinə
düşüb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, hadisə Yavər Səfərov küçəsində qeydə
alınıb.

Qırılıb yolun hərəkət hissəsinə düşən ağac avtomobillərin hərəkətinə mane olur.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Əzizə İsmayılova

Source link