5f22765f-3c1b-490f-85de-0ce72a53f517..jpg

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Baxış sayı: 903 dəfə baxılıb.

Bakının mərkəzində silahlı hücuma məruz qalan Nicat “Lənkəranski” həbs olundu

Kriminal aləmdə “Nicat Lənkəranski” ləqəbi ilə tanınan Nicat Əkbərov
saxlanılıb.

Unikal.az-ın məlumatına görə, o, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi
əməliyyat nəticəsində həbs olunub.

“Nicat Lənkəranski” Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik
vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama,
istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma – külli
miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, martın 10-da Bakının Nəsimi rayonu ərazisində Nicat Əkbərova
qarşı silahlı hücum olunmuşdu. Hadisəyə görə şübhəli şəxs qismində Şahmar
İsmayılov, Elvin Qasımov və Vüqar Quliyev saxlanılıb. İnsident nəticəsində
məsələyə aidiyyəti olmayan iki nəfər yaralanmışdı.

Source link