“Yayılan görüntülərlə bağlı araşdırma aparılır”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim
Əmiraslanlı Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirib.
03 noyabr, 20:24
Bakı şəhərinin mərkəzində yolu bağlayıb taksi sürücüsünü döydülər.
Cixisyolu.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, gecə təxminən saat 3 radələrində şəhərin Nizami küçəsində gediş
haqqını istəyən taksi sürücüsü ilə sərnişin qadın arasında mübahisə yaranıb.
Sərnişin zəng edərək öz yaxınlarını hadisə yerinə çağırıb və onlar taksi
sürücüsünə qarşı zor tətbiq ediblər.
Qeyd olunur ki, həmin şəxslər ictimai asayişi kobud şəkildə pozaraq cəmiyyətə
açıqca hörmətsizlik edib. Taksi sürücüsünə zor tətbiq etmiş şəxslər həm də
avtomobillə yolu bağlayaraq hərəkətə maneə törədib.