3df32d3a-4a40-4080-8a43-fbd1ab93640e.jpg

Bakının mərkəzində zəncirvari qəzaya düşən avtomobillər yolu bağladı: Tıxac yarandı

Baxış sayı: 34 dəfə baxılıb.

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Hənifə Ələsgərov və Ceyhun Hacıbəyli küçələrinin
kəsişməsində qeydə alınıb.

Sürücü işıqforun tələbini pozaraq öz nəqliyyat vasitəsini kəsişmədən keçən
“Ford”, “Toyota” və KIA markalı avtomobillərə çırpıb.

Hadisə nəticəsində avtomobillər yararsız vəziyyətə düşüb. Qəzaya səbəb olan
sürücü xəsarət alıb.

Yolda qəza səbəbindən tıxac yaranıb. Əraziyə cəlb olunan yol polisinin
əməkdaşları avtomobillərin yoldan götürülməsini təmin ediblər.

Bundan sonra avtomobillərin normal hərəkəti bərpa edilib. Hadisənin səbəbləri
araşdırılır.

Source link