47bdb5ab-0536-4e10-8b75-18ecf2180e54.jpg

Bakının mərkəzini bəzəyən ekstravaqant heykəllər – FOTOREPORTAJ

Baxış sayı: 153 dəfə baxılıb.

Noyabrın 1-də Heydər Əliyev Mərkəzində tanınmış italiyalı monumental
heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) “Təbiətdə tarazlıq” sərgisinin
açılış mərasimi keçirilib.

Sərgisinin konsepsiyasının əsasını ətraf mühitin dərk olunması, təbiətə qayğı
ideyası təşkil edir.

Bakı sərgisində ziyarətçilər italiyalı heykəltaraşın “Balanslaşdırılmış dünya”
(Balanced World), “Təbiətin gücü” (Force of Nature), “Tanrının əli” (Hand of
God), “Bəxş et və al” (Give and Take) və “Birlikdə” (Together) əsərləri ilə
Mərkəzin parkı ərazisində, “Eros”, “Paralel dünya” (Pharalel Universe), “Özünü
sev” (Love Yourself) və müəllifin digər əsərləri ilə isə Mərkəzin foyesində
tanış olublar.

Heydər Əliyev Mərkəzinin binasının önündə dünya sənətsevərlərini heyran edən
“Bəxş et və al” (Give and Take) əsərini də izləmək mümkündür. Həmin əsərlə
heykəltaraş diqqəti həyatda, o cümlədən təbiətdə tarazlığın önəminə yönəldir.
Bu əsər su üzərində ilk dəfədir ki, Azərbaycanda nümayiş etdirilir.

Xatırladaq ki, Lorenso Kuinnin əsərləri 2025-ci il mayın 11-dək təqdim
ediləcək.

PhotoStock.az-ın hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Source link