91b5c7ab-b86d-41ed-9a98-51ca04101b7b..jpg

Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər – FOTO

Baxış sayı: 504 dəfə baxılıb.

Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına
köçürülürlər – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yerləşən məşhur təhsil ocaqlarından biri əsaslı təmirə bağlanacaq.

Baku.ws-in əldə etdiyi məlumata görə, söhbət Yasamal rayonu, Mikayıl Müşviq
küçəsində yerləşən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika
İncəsənət Gimnaziyasından gedir.

Təhsil ocağının təmirə bağlanacağı ilə bağlı məlumatı İncəsənət Gimnaziyasının
direktoru Aytən Əhmədova təsdiqləyib. O bildirib ki, dərslər qurtaran kimi,
iyun ayından təmir işlərinə başlanılacaq:

“Təhsil ocağı əsaslı təmirə bağlanır. Təmir işlərinin bir il ərzində
aparılması nəzərdə tutulub. Yeni tədris ili başlayan zaman şagirdlərin 189 və
190 nömrəli məktəblərə köçürülməsi planlaşdırılır. Amma bu, tam dəqiqləşməyib.
Valideynlər bu barədə dəqiq məlumatlandırılacaqlar”.

Source link