99d5c16a-4e3a-4eaa-98d4-1d3e701afe81..jpg

Bakının Nizami küçəsinin sakinləri: “Restoranın tüstü-qoxusundan nəfəs ala bilmirik” – ŞİKAYƏT + VİDEO

Baxış sayı: 821 dəfə baxılıb.

Bakının Nizami küçəsinin sakinləri: “Restoranın tüstü-qoxusundan nəfəs ala
bilmirik” – ŞİKAYƏT + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Səbail rayonu Nizami küçəsi, 66 ünvanında yaşayan sakinlər binadakı
qeyri-yaşayış obyektindən gileylənirlər.

Sakin Mahirə Aşumova şikayətlərini Cixisyolu.com-ın redaksiyasına ünvanlayıb.

O, binanın birinci mərtəbəsində fəaliyyət göstərən “The Garden” restoranından
narazı olduğunu dilə gətirib:

“Binada 86 mənzil var. Hər birinin sakinləri şikayətçidirlər. 23 sentyabr
2023-cü ildə binamızın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini bir
sahibkar digərinə kirayə verdi. Restoran dörd aydır ki, fəaliyyət göstərir.
Bizim bina 1952-ci ildə tikiləndə birinci mərtəbədəki qeyri-yaşayış hissə moda
evi üçün nəzərdə tutulmuşdu. Restoran üçün yox”.

Şikayətçi restorandan çıxan tüstü və qoxuların narahatlıq yaratdığını qeyd
edib:

“Restoranda təqdim olunan qəlyan, samovar çayı və kababın tüstündən dayana
bilmirik. Evdə onkoloji xəstəm var. Qəlyanı onkoloji xəstəmin otağının altında
hazırlayırlar. Qoxudan nəfəs ala bilmir. Səhərə qədər yatmıram. Pəncərələri
açıram ki, nəfəs ala bilsin. Blokda, məhəllədə qoxudan dayanmaq olmur.

İki dəfə restorana akt tərtib olunub, protokol yazıblar. Dörd dəfə atmosferin
çirklənməsi halı qeydə alınıb. Lakin faydası yoxdur. Yenə də fəaliyyət
göstərir”.

Nəzrin Vahid


Source link