40b370e7-4397-44e1-97bf-c7723016a03c.webp

Bakının Pakistandan aldığı yeni qırıcı təyyarələr müzakirələrə səbəb oldu – Bizdən nə danışırlar?

Baxış sayı: 247 dəfə baxılıb.

Baku TV-də yayımlanan “Bizdən nə danışırlar?” verilişinin yeni buraxılışı
efirə gedib.

Verilişdə bildirilib ki, ötən həftə paytaxtımızda keçirilən “ADEX” 5-ci
Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi, dövlət başçımızın iqtisadi
məsələlərə həsr olunmuş müşavirədəki çıxışı zamanı səsləndirdiyi fikirlər, 27
Sentyabr – Anım Günü ilə bağlı keçirilən tədbirlər dünyanın müxtəlif
ölkələrində jurnalistlərin, beynəlxalq ekspert və politoloqların diqqət
mərkəzində olub.

Ərəbistanın “Alarabiya news” nəşri “Ermənistanın baş naziri deyib ki,
onilliklərlə davam edən münaqişədən sonra Azərbaycanla sülh müqaviləsi
“əlçatandır” başlıqlı xəbər dərc edib.

Mənbə xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş
Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

N.Paşinyan nitqində sülhə dəstək verən bir neçə amili sadalayıb, bunlardan ən
başlıcasının isə avqustun 30-da tərəflər arasında sərhədlərin delimitasiyası
üzrə komissiyaların birgə işi haqqında imzalanan saziş olduğunu vurğulayıb.

Almaniyanın “Deutsche Welle” nəşri “Ermənistan Azərbaycanla sülhə nail olmaq
üçün konstitusiyada dəyişikliklərə hazırdır” başlıqlı məqalə dərc edib.

Mənbə məlumat verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan BMT
Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib.

Rusiyanın “Vestnik Kavkaza” nəşri “Ərdoğan: ümid edirəm, Bakı ilə İrəvan sülh
prosesini birlikdə həll edəcəklər” sərlövhəli məqaləsində Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın ABŞ-də BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı
zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməsindən yazıb.

Mənbə qeyd edib ki, Türkiyə liderinin sözlərinə görə, Ankara
Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində də addımlar
atır. Ukraynanın “Focus.ua” nəşri oxucularına bildirib ki, Pakistan təyyarələri
Qafqaza çatacaq, Azərbaycan JF-17C partiyasını alıb.

Xəbərdə qeyd olunub ki, sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya
Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngülçəkili,
istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli, çoxməqsədli JF-17C
təyyarələri təqdim olunub və həmin təyyarələr artıq Azərbaycan Hərbi Hava
Qüvvələrinin arsenalına daxil edilib.

Ətraflı Baku TV-nin süjetində:

Bakının Pakistandan aldığı yeni qırıcı təyyarələr
müzakirələrə səbəb oldu – Bizdən nə danışırlar?
Bakının Pakistandan aldığı yeni qırıcı təyyarələr müzakirələrə səbəb oldu –
Bizdən nə danışırlar?

Source link