f13cdf7c-0382-46a8-b10b-04c245ab1cff..jpg

Bakının simasına yaraşıq verən daş mozaikalı binalar – FOTOREPORTAJ

Baxış sayı: 1. 158 dəfə baxılıb.

Bakının simasına yaraşıq verən daş mozaikalı binalar – FOTOREPORTAJ

Biz hər gün eyni binaların yanından ötüb keçsək də, onların fərqinə varmırıq.
Amma bir anlıq səyahət etdiyimiz ölkələrdə maraqlı binaları görəndə heyranlıqla
baxırıq. Bu heyranlığa səbəb olan nüanslardan biri də üzəri mozaika ilə işlənən
binalardır.

Amma təəssüf ki, bu gün bu cür binaların əksəriyyəti qorunub-saxlanılmayıb.
Səbəb isə bu memarlıq nümunələrinin bərpası ilə bağlı məlumatlı şəxslərin az
olmasıdır.

Bakı memarlığının unikallığı qədimliklə müasirliyin birləşməsindədir.
Mozaikaların əhatəsində Bakı çox rəngarəng görünür.

Paytaxtımız binaların üzərindəki daş oymalar, heykəllər, şəbəkə şüşələrlə
yanaşı, əl əməyi, göz nuru tələb edən müxtəlif ölçülü mozaikalarla da
turistlərin marağına səbəb olur.

Qədimlərdə imperatorların saraylarının içini bəzəyən mozaika Bakının müxtəlif
ünvanlarında yerləşən binaların fasadlarına, parkların divarlarına yaraşıq
verir.

PhotoStock.az-ın paytaxtdakı mozaika ilə işlənmiş binalardan hazırladığı
reportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Source link